ELM VƏ TƏHSİL
“Əhmədi Təbrizi və “Əsrarnamə” tərcüməsi” kitabı nəşr olunmuşdur
Bakı, 9 aprel (AZƏRTAC) “Elm və təhsil” nəşriyyatında professor Möhsün Nağısoylunun “Əhmədi Təbrizi və “Əsrarnamə” tərcüməsi” kitabı çapdan çıxmışdır.
AMEA-nın Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, kitabda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “Əsrarnamə” tərcüməsi (1479) onun farsca orijinalı ilə müqayisəli təhlil olunur, əsərin tərcümə və dil xüsusiyyətləri araşdırılır. Nəşrin ikinci hissəsində tərcümənin mətninin transfoneliterasiyası verilir.
Kitabın elmi redaktorları, filologiya elmləri doktoru Nəsib Göyüşov və filologiya elmləri namizədi Raqub Kərimovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]