CƏMİYYƏT


Əhvali-ruhiyyə qərar qəbuluna və vaxtın idarə olunmasına necə təsir edir?

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

Stenford Universitetindən bir qrup psixoloq müəyyən edib ki, insanlar öz əhvali-ruhiyyəsinə əsasən məşğuliyyət növü seçməyə meyillidirlər. İnsanların əhvalı yaxşı olanda onlar zəruri və o qədər də xoş olmayan işi daha həvəslə seçir, əhvalı pis olanda isə bunun əksini edirlər.

AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

Ceyms Qross və onun komandası smartfon üçün xüsusi hazırlanmış əlavədən istifadə edərək 27 gün ərzində 60 mindən çox adamın aktivliyini və fəaliyyətini tədqiq edib. Onlayn kalkulyator olan bu əlavə vasitəsilə alimlər insan əhvalı və emosiyasının onun nə ilə məşğul olmasına və vaxtını necə keçirməsinə təsirini öyrəniblər. Məqalədə bildirilir ki, alimlər əhvalın dəyişməsini və insan fəaliyyətinə təsirini “hedonizm çevikliyi” adlandırıblar. Bu halda insan öz yaxşı əhvalından problemləri həll etməyə imkan verən ehtiyat qismində istifadə edir.

Əlavəni hazırlayanlar ümidvardırlar ki, bu, tezliklərə insanlara əhvali-ruhiyyə əsasında fəaliyyət seçməyə və qərar verməyə kömək edən alətə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.