CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib

A+ A

Bakı, 16 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edib.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tender müxtəlif lotlar üzrə elan edilib, o cümlədən, qadın sahibkarlığının inkişafı, qadın və uşaq hüquqlarının müdafiəsi, təbliği, məşğulluq strategiyasının həyata keçirilməsi, ailələrin sosial müdafiəsinin güçləndirilməsi istiqamətində maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, uşaqlar müharibənin günahsız qurbanları mövzularında tədbirlərin keçirilməsi; regionlarda valideyn məsuliyyətinin artırılması və s.

Təkliflərin qiymətlindirilməsi aşağıdakı meyarlara üstünlük veriləcək - aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə.

Sənədlər martın 3-dək tender komissiyasına təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.