CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis ilə görüşü keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, H.Hüseynova ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasını və onların sosial problemlərinin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb. H.Hüseynova bildirib ki, qaçqın və məcburi köçkün ailələri üçün psixoloji yardım xidmətlərinin göstərilməsi, onların cəmiyyətə fəal reinteqrasiyası üçün mühüm tədbirlər həyata keçirilib.

H.Hüseynova Azərbaycanın bütün bölgələrində qadın resurs mərkəzlərinin, Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətini və gördükləri işlər barədə məlumat verib.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis bu sahədə ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirib və növbəti ildə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduğunu əlavə edib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və gələcək layihələr müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.