Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda qurumun 2016-cı il üzrə illik hesabatı və 2017-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər müzakirə olunub.

Komitənin sədri Hicran Hüseynova yığıncağın mühüm tarixi dövrdə keçirildiyini, həm ölkəmizin müstəqilliyin 25-ci ildönümünə, həm də qurumun yaranmasının 10 illiyinə təsadüf etdiyini deyib. H.Hüseynova bildirib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Müstəqilliyinin 25-ci ildönümünü yaşayan Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

İlin vacib hadisələrindən danışan komitə sədri bildirib ki, aprel ayında qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanan, şəhid olan əsgərlərimizlə yanaşı, dinc əhali, xüsusilə qadın və uşaqlar maddi və mənəvi zərər görüblər. Onların ictimai-siyasi həyata inteqrasiya edilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib. Lakin buna baxmayaraq, aprel döyüşləri müasir tariximizin şanlı səhifəsi kimi yaddaşlarda qaldı. Ölkə başçısının tapşırığı ilə komitənin əməkdaşları daim əsgərlərin, şəhid ailələrinin yanında olub, onlara mənəvi dəstək göstəriblər, Ağdamda, Tərtərdə, Goranboyda görüşlər keçiriblər.

H.Hüseynova qeyd edib ki, ölkəmiz müstəqilliyə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə qovuşub. Belə bir çətinliyə baxmayaraq, dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Təsadüfi deyil ki, Azərbaycan ilk dəfə “Uşaq hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyaya qoşulub. Keçən müddət ərzində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Komitə tərəfindən ailə, qadın və uşaqların problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş 7 dövlət proqramı icra edilir. Diqqətə çatdırılıb ki, komitə Milli Məclis və onun müvafiq komitələri ilə sıx əməkdaşlıq edir. Parlamentdə yeni ailə, qadın və uşaq məsələləri üzrə komitə yaranıb və bu, dövlət siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.

Komitə sədri bildirib ki, ölkə başçısının sərəncamları ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” və “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. “Azərbaycan Ailəsi Strategiyası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir. “Uşaq Strategiyası” rəy üçün Nazirlər Kabinetinə təqdim olunub. “Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır.

Komitə tərəfindən “Məişət zorakılığı üzrə” məlumat bankı yaradılıb. Məlumatlar toplanaraq təhlil olunur və problemlər araşdırılır. Aidiyyəti dövlət qurumları ilə birgə “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı təsdiq olunub, işçi qrupunun yaradılması və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilk iclas keçirilib. Müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması məqsədi ilə Komitə BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihəyə start verilib.

H.Hüseynova bildirib ki, ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən komitə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına və təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib. Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. “Biz istəyirik ki, onlar öz həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, kömək etsinlər. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirmişik. Uşaq Forumlararası Əlaqələndirmə Şurası üçün yola saldığımız il çox əlamətdar olub. Növbəti il IV Uşaq Forumu keçiriləcək”, - deyə komitə sədri əlavə edib.

İclasda qurumun əməkdaşları komitənin 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatlarla çıxış ediblər. Komitənin carı il ərzində qanunvericiliyə dair hazırladığı sənəd və təkliflər barədə təqdimatla çıxış edən hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, uşaqlar övladlığa verildikdən sonra onlara nəzarətlə bağlı problemlər var. O qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, uşaqlar övladlığa verildikdən sonra həyat və şəraitinə nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirir, ancaq bu işdə müəyyən boşluqlar var. Bununla bağlı xüsusi qaydalar olmalıdır. Bunun əsasında gələcəkdə həmin qaydalar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məişət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir. O diqqətə çatdırıb ki, məişət zorakılığını törədən şəxslərin 1,1 faizi ali, 3,8 faizi orta ixtisas, 3,2 faizi ilk peşə ixtisas, 91,9 faizi isə tam orta təhsillidir. Onun sözlərinə görə, ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə isə cinayətlərin 95,7 faizi kişilərin, 4,3 faizi isə qadınların payına düşür.

Milli Məclis sədrinin müavini Bahar Muradova komitənin fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. O bildirib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. Bahar Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx münasibətlər qurduğunu bildirib.

İclasda deputat Hadı Rəcəbli, Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov və başqaları çıxış edərək qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə müxtəlif dövlət qurumlarının birgə layihələrinin effektiv nəticələr verdiyini diqqətə çatdırıblar.

Komitə sədrinin müavini Aynur Sofiyeva “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2017-ci ilin birinci yarısı üçün İş Planı” haqqında məlumat verib.

Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya carı ilin uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi plaketlə təltif olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub