CƏMİYYƏT


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsmayıllı, Qobustan, Ağsu, Şamaxı və Qəbələ rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 11:00-da İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq qəbulda vətəndaşların qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, qadın sahibkarlığının inkişafı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, övladlığa verilmə, məişət zorakılığına məruz qalma və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.