REGİONLAR


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib VİDEO

Oğuz, 22 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 22-də Oğuz şəhərində, rayon təhsil şöbəsinin binasında Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.

Qəbul zamanı müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Oğuz rayonunun fəal qadınları ilə görüşüb. Görüşdə rayonda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri respublikamızda dövlət qadın siyasətinin prioritet istiqamətlərindən söhbət açıb, qadınları maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.