REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edəcək
Bakı, 29 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həlli üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 30-da Qaxda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 9:45-də Qax rayonundakı Heydər Əliyev Mərkəzində başlayacaq qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Oğuz rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.