Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi qeyd olunub VİDEO

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyətinə həsr olunmuş “Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan qadınlar, Milli Məclisin deputatları, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Komitə tərəfindən hazırlanmış sərgi ilə tanışlıq olub. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsi ilə çıxış edərək ailə, qadın və uşaq siyasəti sahəsində əldə edilən nailiyyətlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışıb.

Bir sıra əməkdaşları müxtəlif fəxri adlarla təltif etdiyinə görə kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Hicran Hüseynova vurğulayıb ki, bu, bütövlükdə dövlət ailə, qadın və uşaq siyasətinə, onun həyata keçirilməsinə və Komitənin fəaliyyətinə verilən yüksək qiymətin nümunəsidir. O qeyd edib ki, Azərbaycan hökuməti ailələrin rifahını, qadın və uşaqların hüquqlarının qorunmasını daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır.

“Tarix üçün 10 il çox qısadır, amma biz keçmişdə ölkəmizin keçdiyi yola və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlərə nəzər salaraq görürük ki, nə qədər böyük işlər görülüb. 1993-cü ildə, tariximizin həlledici dövründə Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi, bu istiqamətlərin də inkişafına güclü stimul verdi. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda qadınların rolunun artırılması", “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırdılar. Bu baxımdan 1998-ci, 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Zaman keçdikcə ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Mən xüsusilə qeyd etmək istəyirəm ki, o dövrdə MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var idi”, - deyə Hicran Hüseynova bildirib.

Bildirilib ki, öz müstəqilliyini elan etdikdən sonra respublikamız bir sıra konvensiyalara qoşulub. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib.

Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial–iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirildiyini qeyd edən Hicran Hüseynova deyib ki, bu sahədə qəbul olunmuş bir sıra dövlət proqramları hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması istiqamətində bütün imkanları təmin edir.

Məlumat verilib ki, keçən müddət ərzində Komitənin nəzdində fəaliyyət göstərən 11 uşaq və ailələrə dəstək mərkəzinin xətti ilə 57 mindən çox vətəndaşa psixoloji, hüquqi və tibbi yardım olunub. 2008-ci ildən etibarən keçirilən “Ailə bayramı”nda Azərbaycanın bütün rayonlarından 100-ə yaxın ailə iştirak edir. 2009-cu ildən başlayaraq Komitə tərəfindən Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanılmasına başlanılıb.

Qeyd olunub ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılıb, nəticələr araşdırılıb. Erkən nikah hallarının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və aparılan maarifləndirmə tədbirləri belə nikahların azalmasına səbəb olub.

Komitə sədri deyib ki, bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların fəallığının artırılmasıdır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə ikiillik “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq Sabirabad, Neftçala və Masallıda qadın resurs mərkəzləri yaradılıb. Xüsusilə aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Son illərdə paytaxtda və regionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.

Komitə sədri ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə birgə işin aparılmasının çox effektiv nəticələr verdiyini də diqqətə çatdırıb: “Nümunə üçün deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə memorandum imzalanıb. Biz qadınlarla bağlı bır sıra məsələlərin həyata keçirilməsində QHT-lərlə möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Mən bu sahədə, xüsusilə Yeni Azərbaycan Partiyasının və onun Qadınlar Şurasının fəaliyyətini qeyd etmək istərdim”, - deyə Hicran Hüseynova bildirib. Vurğulanıb ki, Komitə yaranandan güclü dövlət dəstəyini daim hiss edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qarşıda duran vəzifələrin uğurlu həlli üçün zəruri imkanlar yaradıb. Komitənin kollektivi də öz növbəsində dövlətin yaratdığı şəraitdən istifadə edərək bundan sonra da öz missiyasını layiqincə yerinə yetirməyə çalışacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova və digər çıxış edənlər ailə dəyərlərinin qorunmasında Komitənin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Komitə tərəfindən ötən 10 il ərzində şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə digər qurumlarla birgə maarifləndirici tədbirlər həyata keçirilib.

Tədbirdə ailə, qadın və uşaq siyasətini və Komitənin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda Komitənin əməkdaşları və tərəfdaşlıq etdiyi dövlət orqanlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri təltif ediliblər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

"Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir