CƏMİYYƏT


Ailəsində görmə patologiyaları olan uşaqların oftalmoloq müayinəsindən keçmələri vacibdir

Bakı, 15 may, AZƏRTAC 

Göz xəstəliklərinin bir çoxu uşaq yaşlarında meydana çıxır. Bu səbəbdən erkən diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi çox vacibdir. Uşaqların gözlərini qorumaq üçün onları bir yaşında, məktəbə başlamazdan əvvəl və təhsil müddətində mütəmadi olaraq göz müayinəsindən keçirmək lazımdır. Lakin istisna hallar da var. Misal üçün uşaqda uzağa baxanda gözlərini qıyma, gözdə çəplik, qızarıqlıq, sulanma, çox qaşınma, əşyalara yaxın məsafədən və ya başını əyərək baxma, göz bəbəyinin ağ görsənməsi halları müşahidə olunarsa dərhal həkimə müraciət edilməlidir. Bundan əlavə yarımçıq doğulmuş və ailəsində görmə patologiyaları olan uşaqların da oftalmoloq müayinəsindən keçmələri vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.