İQTİSADİYYAT


“Air İndia” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri başqa təyyarə ilə Bakıdan yola salınıb

A+ A

Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC

“Air İndia” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri başqa təyyarə ilə Bakıdan yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, “Air İndia” aviaşirkətinə məxsus təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. London-Mumbai aviareysi üzrə hərəkət edən “Boeing 787” təyyarəsi texniki səbəblərə görə saat 22:00-da Bakı aeroportuna uğurlu eniş edib. Təyyarənin göyərtəsində 236 sərnişin olub.

“Air İndia” sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib. Həmin təyyarə yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxıb.

“Air İndia” aviaşirkətinə məxsus məcburi eniş etmiş təyyarə Azərbaycanda təmirə dayanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.