DÜNYA


“Airbus”: Çin dünyanın ən böyük aviasiya bazarı olacaq

Pekin, 11 iyun, AZƏRTAC

Asiya və Sakit okean hövzəsi ölkələri mülki aviasiya baxımından ən inkişaf edən bölgə olaraq qalır. Çin isə dünyanın ən böyük aviasiya bazarı olacaq. Sinxua agentliyi yazır ki, bunu “Airbus”un rəsmisi Con Lihi şirkətin 2017-2036-cı illər üçün qlobal bazar proqnozlarını şərh edərkən deyib.

C.Lihi əlavə edib ki, təmsil etdiyi şirkət qarşıdakı 20 ildə dünyada 100-dən çox sərnişin yeri olan təyyarələrin sayının iki dəfə artaraq 40 mini ötəcəyini, sərnişin axınının isə hər il 4,4 faiz çoxalacağını ehtimal edir. Nəticədə bu müddətdə 35 minə yaxın yeni təyyarəyə ehtiyac yaranacaq ki, onların ümumi dəyəri təxmini 5,3 trilyon ABŞ dollar təşkil edəcək.

“Airbus”un proqnozlarına görə, qarşıdakı 20 ildə 530 min yeni pilota və 550 min mühəndisə ehtiyac yaranacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.