DÜNYA


“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Bakı, 22 may, AZƏRTAC

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin "uçan avtomobil”ində gediş qiyməti adi taksi ilə eyni olacaq. Layihənin direktoru Zak Loverinq deyib ki, "hava" taksisindən istifadə zamanı hər mil (1,6 km) üçün gediş qiyməti 1,5-2,5 dollar təşkil edəcək.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Airbus” şirkətinin uçan aparatı kabinində pilot olmayan avtonom uçan aparatdır. Müştərilər mobil proqramın köməyi ilə uçan avtomobili yaxınlıqda yerləşən helikopter meydançasına sifariş edə biləcəklər.

Konsern ilin sonunadək pilotsuz uçan avtomobili sınaqdan keçirmək niyyətindədir. Hazırlanmış prototipin maksimum uçuş məsafəsi təxminən 50 km təşkil edəcək. 2020-ci ilədək təqdim ediləcək yekun modeldə uçuş məsafəsi iki dəfə daha yüksək olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.