SİYASƏT


“Ajara PS” qəzetində “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” adlı məqalə dərc olunub

Tbilisi, 10 may, AZƏRTAC

Acarıstan Muxtar Respublikasının nüfuzlu “Ajara PS” qəzetində “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycanın Ümummilli Liderinin həyatı, fəaliyyəti, siyasi karyerası haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, xalqın israrlı tələbi ilə 1993-cü il iyunun 15-də yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin böyük bir hissəsi işğal altında olan bir ölkəyə rəhbərlik edib.

Yazıda ulu öndər Heydər Əliyevin ən böyük nailiyyətlərindən birinin uğurlu neft strategiyası olduğu, bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisi deyil, eyni zamanda, dövlət müstəqilliyinin güclənməsində böyük rol oynadığı vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.