ELM VƏ TƏHSİL


Akademik Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsində yeni yaradılan infrastrukturla tanış olub

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsində olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Akif Əlizadə düşərgənin ərazisində yeni yaradılan infrastrukturla tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.

Səfərdə AMEA-nın Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Azad Həmkarlar İttifaqı sədrinin müavini, hüquq elmləri doktoru Habil Qurbanov da iştirak ediblər.

“Elm” uşaq istirahət düşərgəsi 1960-cı ildən fəaliyyət göstərir. Düşərgə ərazisində yerləşən istirahət otaqları və yeməkxana sökülərək yenidən inşa edilib. Bundan əlavə, düşərgənin girişində mini zoopark və kiçik fəvvarə quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.