ELM VƏ TEXNOLOGİYA


Akademik “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, İ.Hüseynova bu mükafata istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması, formalaşması proseslərinin molekulyar-genetik mexanizimlərinin kompleks şəkildə tədqiqi sahəsində apardığı uğurlu araşdırmalarına, elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və biologiya elminin inkişaf tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.