ELM VƏ TƏHSİL
Akademik Asəf Hacıyev Yaponiyada xüsusi mükafata layiq görülüb
Bakı, 1 avqust, AZƏRTAC
Yaponiyanın Kanazava şəhərində keçirilən 11-ci “Elmin və texnikanın idarə olunması” beynəlxalq konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Asəf Hacıyev “Ardıcıl xidmətli sistemlərdə optimizasiya problemləri” mövzusunda plenar məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda ABŞ, Kanada, Yaponiya, Çin, Portuqaliya, Rusiya və digər ölkələrdən 150-yə yaxın alim iştirak edib. Akademik Asəf Hacıyev konfransın xüsusi mükafatına layiq görülüb.
Konfransın əsərləri “Şpringer” nəşriyyatında dörd alimin - J.Xu (Çin) , M.Gen (Yaponiya), Fang Lee Cook (Avstraliya) və A.Hacıyevin (Azərbaycan) redaksiyası ilə nəşr olunub.