ELM VƏ TƏHSİL
Akademik Fəxrəddin Qədirov: Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir
Bakı, 23 fevral, AZƏRTAC
Dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin büro iclasında bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov söyləyib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, F.Qədirov doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verməyi tövsiyə edib.
İclasda bölməyə daxil olan elmi müəssisələrdə 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub.
Müzakirədən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilərək qəbulun nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
İclasda bir sıra kadr və cari məsələlər də müzakirə edilib.