ELM VƏ TƏHSİL


Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi ilə bağlı elmi seminar keçiriləcək

Bakı, 30 may, AZƏRTAC

İyunun 1-də görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.

Seminarın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Əmlak Məsələləri Dövlət Komitəsidir.

Bu barədə AZƏRTAC-a Coğrafiya İnstitutundan məlumat verilib. Tədbirdə görkəmli alim, akademik Həsən Əliyevin həyatı, elmi və ictimai fəaliyyəti, torpaq idarəçiliyində CİS-in tətbiqi, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından istifadə, Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan istifadə, Abşeronun texnogen torpaqlarının ekocoğrafi problemləri mövzularında məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.