ELM VƏ TƏHSİL


Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktik seminar keçiriləcək. Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə iştirak edəcəklər. Elmi seminarda torpaq idarəçiliyində müasir yanaşmalar, kadastr məlumatlarından istifadənin elmi əsasları, coğrafiya-informasiya sistemlərinin tətbiqi, torpaqlardan istifadə problemlərinin araşdırılması və digər bu kimi mövzularda təqdimatlar olacaq.

Elmi-praktik seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, torpaq ehtiyatlarının mənimsənilməsində coğrafi informasiya məlumatlarının rolu, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması məsələlərində ən son elmi nailiyyətlərinin tətbiqi və bu sahədə əməli təkliflərin hazırlanmasıdır.

Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barədə memorandumun imzalanması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.