ELM VƏ TƏHSİL


Akademik İsa Həbibbəyli Macarıstanda peşə liseyinin işi ilə tanış olub

Bakı, 30 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində Budapeşt Maşın Ustaları Peşə Liseyində görüş keçirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Macarıstan Respublikası təhsil nazirinin müavini Polskşi Qaborke ölkəsində peşə təhsilinin strukturu və şəbəkəsi, iş qaydaları haqqında məlumat verib. Budapeşt Peşə Məktəbləri Mərkəzinin direktoru Ksereksnyes Piter Macarıstanda peşə təhsilinin təşkilində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Macarıstan Təhsil Nazirliyinin peşə təhsili üzrə inspektoru Horvat Bela isə peşə məktəblərinə qəbul qaydalarına aydınlıq gətirib.

Akademik İsa Həbibbəyli Macarıstanda peşə təhsili üzrə qanunvericilik sənədləri ilə maraqlanıb, peşə məktəbləri üzrə onu maraqlandıran məsələlər ətrafında diskussiyada iştirak edib.

Sonra AMEA-nın vitse-prezidenti Budapeşt Maşın Ustaları Peşə Liseyinin işi ilə tanış olub.

Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.