SİYASƏT
Akademik Kazbek Kazkenov: Azərbaycan Heydər Əliyev yolu ilə daim irəli gedəcəkdir VİDEO
Astana, 7 may (AZƏRTAC). “Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyət yetirdiyinə görə fəxr edə bilər. Görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev bütün mənalı ömrünü xalqının inkişafına həsr etmiş, ötən əsrin 90–cı illərdə Azərbaycanı fəlakətlərdən qurtarmışdır”.
Bu sözləri Ulu Öndərin xatirəsinə ehtiramını bildirmək üçün Astanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirilmiş elmi-praktik konfransda akademik, analitik mərkəzin direktoru, “Nur Otan” Partiyasının nümayəndəsi, “Vətəndaşlıq dünyası” beynəlxalq koalisiyasının prezidenti Kazbek Kazkenov AZƏRTAC-a müsahibəsində demişdir.
Akademik bildirmişdir ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafında və çiçəklənməsində Ulu Öndərin ideyalarını layiqincə davam etdirir. Azərbaycan Heydər Əliyev yolu ilə daim irəli gedəcəkdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana