MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrı beynəlxalq festivala dəvət alıb

Bakı, 11 iyul, AZƏRTAC

Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.