MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrı beynəlxalq festivalda “Ölülər” tamaşasını göstərəcək

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 15-də keçiriləcək II Şəki beynəlxalq teatr festivalında “Ölülər” tamaşasını göstərəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Baş rolları Xalq Artisti Nurəddin Mehdixanlı və aktyor Anar Heybətov ifa edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.