MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrı mövsümə “Qarabağnamə” ilə yekun vuracaq

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə iyulun 17-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki hissəli faciə janrında olan bu səhnə əsəri teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır.

Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan “Qarabağnamə” tamaşası əvvəlki mövsümlərdə olduğu kimi hər zaman sənət ocağının zəngin repertuarına əlavə çalarlar qatır.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Səhnə əsərində əsas rolları Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Mirzə Ağabəyli, Əjdər Həmidov və başqaları ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.