MƏDƏNİYYƏT


Akademik Milli Dram Teatrı mövsümə yekun vurub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın təqdimatından əvvəl çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət bu mövsümdə görülmüş işlərə bir daha nəzər salıb və qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, yola salınan mövsüm Akademik Milli Dram Teatrı üçün səmərəli olub: “Ənənəvi olaraq teatr mövsümün həm bağlanış, həm də açılış mərasimini “Qarabağnamə” tamaşası ilə edir. Teatrımızda bu tamaşa artıq neçə illərdir ki, oynanılır.

Xalq Artisti Nurəddin Mehdixanlı yola salınan mövsümdə Akademik Milli Dram Teatrında bir neçə uğurlu tamaşanın təhvil verildiyini diqqətə çatdırıb: “Teatr xalqın sərvətidir, teatr mədəniyyət ocağıdır. Akademik Milli Dram Teatrında bu mövsümdə “Ölülər”, “Müfəttiş” və başqa tamaşalar təhvil verildi. Biz ciddi tamaşalarla ciddi imtahanlar veririk”.

Daha sonra tamaşa nümayiş olunub.

Xalq Yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsərində rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edib.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.