MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri davam edəcək
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri davam edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gələn il yanvarın 4-dək davam edəcək Yeni il şənliklərində hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim olunacaq.
Belə ki, əyləncəli proqramlar çərçivəsində uşaqların sevdiyi tamaşalardan maraqlı səhnəciklər də nümayiş ediləcək.
Hər kəsin qatıla biləcəyi əyləncə dolu proqramlar hər gün müvafiq olaraq saat 11.00, 13.00, 15.00 və 17.00-da başlanacaq.
Qeyd edək ki, sənət ocağı Yeni il şənliklərini balacaların vaxtının səmərəli keçməsi məqsədilə təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]