MƏDƏNİYYƏT
Akademik Milli Dram Teatrının aprel repertuarı maraqlı tamaşalarla zəngindir
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aprel repertuarı maraqlı tamaşalarla zəngindir.
AZƏRTAC xəbər verir ki, aprelin 2-də teatrın səhnəsində Hüseyn Cavidin “Əmir Teymur” tamaşası nümayiş olunacaq. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına tez-tez müraciət edən teatr aprelin 3-də ədibin “Mənim günahım”, 4-də, A.Krımın “Keçmişdən zəng”, 5-də, F.Dürrenmatın “Yaşıl xanımın gəlişi” tamaşalarını təqdim edəcək.
Tamaşaçılar aprelin 7-də xalq yazıçısı Elçinin “Boyçiçəyi”, 8-də “Sənətkarin taleyi”, 10-da isə İ.Əfəndiyevin “Mənim günahım” tamaşalarını seyr edə biləcəklər.
Teatrın kollektivi aprelin 11-də B.Nuşiçin “Nazirin xanımı”, 12-də Ə.Əmirlinin “Şah Qacar”, 14-də isə T.Orbayın “21.15 qatarı” tamaşalarını nümayiş etdirəcək.
Hüseynbala Mirələmovun “Gəncə Qapıları” aprelin 16-da, xalq yazıçısı Elçinin “Şekspir”i 17-də, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri 18-də göstəriləcək.
Aprelin 19-da xalq yazıçısı Elçinin “Qatil”, 22-də “Kitabi-Dədə Qorqud” eposu əsasında səhnələşdirilmiş “İlahi oyun”, 26-da Y.Oğuzun “Nadir şah”, 29-da R.Əlizadənin “Laləli düzən” və s. tamaşalar təqdim olunacaq.