Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Musa Əliyev “Elmin haqq çırağı”nda

Akademik Musa Əliyev “Elmin haqq çırağı”nda

Bakı, 25 noyabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycanın elə elm fədailəri var ki, onlar haqqında nə qədər deyilsə də, yazılsa da yenə azdır. Onların həyat yolu, elmi nailiyyətləri böyük bir məktəb, örnək olmaqla yanaşı, həm də mənsub olduqları millət üçün fəxr və iftixar yeri, qürur mənbəyidir. Bu günlərdə “Elm” nəşriyyatında nəfis tərtibatda çap olunan “Elmin haqq çırağı” (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) kitabı da məhz belə elm adamlarından birinə həsr olunub. Kitab görkəmli elm fədaisi Musa Əliyevin həyat yoluna işıq salır, onu oxuculara daha yaxından tanıdır.

AZƏRTAC xəbər verir ki, filologiya elmləri doktoru Almaz Ülvinin (Binnətova) müəllifi olduğu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə ithaf olunub. AMEA-nın rəyasət heyətinin qərarı ilə nəşr olunan 184 səhifəlik kitabda akademik Musa Əliyevin həyatı, elmi, elmi-təşkilatı, ictimai və dövlət xadimi kimi fəaliyyəti, eləcə də yaşadığı dövrdən bəhs olunur.

Kitabı vərəqlədikcə böyük alimin fədakarlığını, xalqına, millətinə bağlılığını, insanlara, insanlığa sevgisini hiss etməmək mümkünsüzdür.

Almaz Ülvinin gərgin əməyinin bəhrəsi olan bu nəşrdə “Gələcək nəslə örnək ömür”, “Dağı, daşı, çəməni, şeir dolu xəzinə”, “Ömrün Aşqabad səhifəsi”, “Musa Əliyevin elm ustadları”, “Moskvada ilk iş həyatı” və digər sərlövhəli yazılarla yanaşı, görkəmli elm adamlarının M.Əliyevlə bağlı xatirələri, haqqında yazılmış kitablar barədə məlumatlar da geniş yer alıb.

Kitabı vərəqlədikcə bəlli olur ki, 1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyev uşaqlıq illərinin bir hissəsini Orta Asiyada - Aşqabadda keçirib. Şamaxının varlı tacir ailəsində doğulmuş bu insanın uzaq məmləkətlərə qədər gedib çıxan ömür yolu zəngin və kövrək faktlarla boldur. Geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş, akademik Musa Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətlərdəndir. Tale ona möcüzəli bir sənət qismət etmişdi, geoloq idi - yer qabığının müxtəlif qatlarını araşdırmaqla, eləcə də elmimiz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevirməklə elmi istəklərini həyata keçirirdi. O, Allahın verdiyi bu imkandan xalqın ürəyində məhəbbət qazanacaq səviyyədə yararlanıb, unudulmaz bir iz qoyub. Musa Əliyev öz neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya (paleontologiya – həm də neftin yaranmasının əsaslarını araşdıran, öyrənən elmdir) sahəsində qazandığı uğurlarla yanaşı, həm də böyük məktəb yaratmışdır, elmin bu sahəsində çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir.

Nəşrdə böyük qürur hissi ilə bir daha vurğulanır ki, beynəlxalq miqyasda nüfuz qazanmış bu böyük şəxsiyyətin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.

Kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru və rəyçisi akademiyanın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyevdir. Nəşrin redaktoru, professor İsmayıl Məmmədlidir.

Kitabın “Ön söz” əvəzində deyilir: “Azərbaycan Milli Elmlər Akademiyasının 70 ilinin zirvəsindəki dərinliklərin sirrinə bələd olmaq üçün yolumuza çıraq kimi bir iz seçdik: akademik Musa Əliyevin ömrünə - həyatının enişli-yoxuşlu yollarına, elmi uğurlarına, elmi təşkilatı qüdrətinə nəzər salmaqla həm də akademiyanın ilk onilliklərinə ekskurs etməli və sonrakı uğurlarımızın o illərdəki özülünün şahidi olduq. Bir alim ömrünə - taleyinə yazılan səhifələri vərəqləməklə ruhunu yad etdik və o illəri gözümüzdə, könlümüzdə bir daha yaşadıq, öyrəndik. Unudulmaz şəxsin fəaliyyəti müstəvisində həm akademikin öz ömrü – taleyi, həm də yaşadığı tarixin ictimai – siyasi ab-havası, XX əsr milli elm tarixində açılan hər yeni səhifənin bünövrə daşının qoyulması, XXI əsr daşınan elmi- nəzəri təcrübələr bu kitabımızın qayəsi oldu”.

İnanırıq ki, “Elmin haqq çırağı” kitabını oxuyacaq hər bir kəs Azərbaycanın böyük ziyalısı Musa Əliyevin ömür yolu və elmi yenilikləri ilə tanış olmaqla yanaşı, həm də əsl ziyalı, alim, vətəndaş, vətənsevər bir insanı daha yaxından tanımaq imkanı qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY