MƏDƏNİYYƏT


Akademik Nizami Cəfərovun kitabı gürcü dilində nəşr olunub

Bakı, 14 iyun, AZƏRTAC

Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı” əsəri Gürcüstanda nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisinin nüfuzlu “Universal” nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabı gürcü dilinə Nəriman Əliyev tərcümə edib. Nəşrin tərtib edəni Dəyanət Osmanlı, redaktorları isə Mirzə Məmmədoğlu və Nariman Yaşağaşvilidir (Naro Kolxeli).

Təqdimat mərasiminin iyul ayında Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulur. Kitab Gürcüstanın elmi dairələrinə, kitabxanalara, habelə soydaşlarımızın yaşadığı Borçalı bölgəsindəki orta məktəblərə paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.