MƏDƏNİYYƏT


Akademik Opera və Balet Teatrında “Alan” rəqs ansamblının konserti olacaq

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının “Alan” rəqs ansamblının konserti olacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, konsert proqramına müxtəlif illərin repertuarından ən yaxşı xoreoqrafik nömrələr daxil edilib. Ansamblın repertuarında təkcə osetin deyil, Qafqazın digər xalqlarının da rəqsləri yer alıb.

“Alan” ansamblının kollektivi fəaliyyətə başladığı vaxtdan dünyanın müxtəlif yerlərində Osetiya mədəniyyətini uğurla təmsil edib və öz sənətkarlığı ilə milyonlarla insanın qəlbinə yol tapıb.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.