MƏDƏNİYYƏT


Akademik Opera və Balet Teatrının gənc solisti beynəlxalq tədbirə dəvət alıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək III Beynəlxalq balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə gənc solist “Qu gölü”, “Don Kixot”, “Yatmış gözəl”, “Bayaderka” kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək.

Qeyd edək ki, C. Kərimova teatrda 2011-ci ildən çalışır.

Hazırda Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alan C. Kərimova Prezident mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-pri mükafatının sahibidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.