SİYASƏT


Akademik Qriqori Roytberq: Bakı Forumunda hər şey yaxşı təsir bağışlayırdı

A+ A

Moskva, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyinə V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

Belə məktublardan birinin müəllifi tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində Dövlət Mükafatı laureatı Qriqori Yefimoviç Roytberqdir.

Qriqori Yefimoviç “Meditsina” müalicə-diaqnostika mərkəzinin təsisçisi və prezidenti, “EFQM Awards 2012” müsabiqəsində Avropa Keyfiyyəti İdarəetmə Fondunun (EFQM) mükəmməllik mükafatının sahibidir. Q.Roytberqin Rusiya təbabətindəki xidmətləri sırasında ailə təbabəti şöbəsinin yaradılması da var. O, tibbi praktikada koronqrafiya və exokardioqrafiyanın tətbiqinin əsasını qoyanlardan biridir. Roytberq bir sıra monoqrafiya və məqalələrin müəllifidir.

Bakı Forumunun təşkilatçılarına ünvanlanan məktubunda Q.Roytberq belə bir nüfuzlu tədbirdə iştirak etmək imkanına görə təşəkkürünü bildirib və qeyd edib ki, “belə qüsursuz təşkilatçılıqda, qəbul edilən qərarların səviyyəsində və əməkdaşlıq atmosferində” hər bir şəxsin xidməti və rolunu fərqləndirmək çətindir. Akademik Roytberq yazır: “Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə iştirak edirdim. Hər şey – bakılıların addımbaşı hiss olunan ənənəvi xoşməramlılığı da, siyasətçilərin çıxışları, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin nitqi də yaxşı təsir bağışlayırdı”.

“Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibbdə kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər” “dəyirmi masa”sının iştirakçısı kimi Q.Roytberq təbabətin inkişafı üçün belə görüşlərin vacibliyini qeyd edib. Akademik yazır: “Bir mütəxəssis kimi məni hər şeydən çox tədbirin ikinci günü heyran etdi. Həmin gün “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibbdə kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər” mövzusunda “dəyirmi masa”da müzakirə keçirildi. Nobel mükafatı laureatları, digər ölkələrin yüksəkixtisaslı mütəxəssisləri ilə ünsiyyət, belə bir mühitdə öz fikirlərini bildirmək imkanı sadəcə unudulmaz deyil, həm də gələcək iş və həyat üçün faydalıdır. Forumun belə uğurla keçirilməsinə görə təbrikimi və mənə göndərilən dəvətə görə minnətdarlığımı qəbul edin”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.