ELM VƏ TƏHSİL


Akademik Rasim Əliquliyev : Elm və təhsilin inteqrasiyası prosesində “AzScienceNet” mühüm vasitələrdən biridir

Bakı, 21 dekabr, AZƏRTAC 

Elm və təhsilin inteqrasiyası prosesində “AzScienceNet” kompüter şəbəkəsi mühüm vasitələrdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında məlumat verən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, “AzScienceNet” AMEA-nın ölkə üzrə bütün elmi müəssisə və təşkilatlarını vahid infrastrukturda birləşdirən elm kompüter şəbəkəsidir.

İnternetin tədris prosesinə müsbət və mənfi təsirlərindən danışan akademik deyib ki, ölkəmizdə virtual distant təhsilin formalaşması üçün intellektual öyrədici online resurslar, həmçinin biliklərin qiymətləndirilməsi üçün intellektual testoloji məhsullar hazırlanmalıdır. Alimin sözlərinə görə, müasir dövrün çağırışları və reallıqları kontekstində pedaqoji və digər əlaqəli elmlərin qarşısında duran problemlərin araşdırılmasına multidissiplinar akademik elmi dəstəyin verilməsinə ehtiyac var.

Məruzəçi ölkəmizin həm real, həm də virtual məkanda müdafiəsini təmin etmək üçün kiberəsgərlərin yetişdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu məqsədə çatmaqdan ötrü şagirdlərə və tələbələrə internet resurslarında, sosial şəbəkələrdə, “Wikipedia”da və digər mənbələrdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri biliklər tədris olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.