Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Tofiq Hacıyev: Dilçiliyin inkişafına dair Dövlət Proqramı çox qiymətli və mühüm sənəddir

Akademik Tofiq Hacıyev: Dilçiliyin inkişafına dair Dövlət Proqramı çox qiymətli və mühüm sənəddir

Bakı, 28 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunmasından iki il keçir. Bu sahədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun da üzərinə mühüm vəzifələr düşür. İnstitutun direktoru, akademik Tofiq Hacıyev AZƏRTAC-a müsahibəsində Dövlət Proqramının icrası ilə bağlı görülən işlərdən danışıb.

- “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyəti nədən ibarətdir?

- Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Dilin inkişafı təkcə yazıçı, publisist və yaxud dilçi alimlərdən asılı deyil. Dövlət dili bütün qurumlarda, radio və televiziyalarda, müxtəlif kütləvi informasiya vasitələrində, dövlət qurumlarında, şəxsi ünsiyyətdə işlənməlidir. Çünki dil işləndikcə inkişaf edir. Bəzi kütləvi informasiya vasitələrində əcnəbi sözlər həddən çox işlənir. Halbuki bu sözlərin əksəriyyətinin dilimizdə qarşılığı vardır. Hətta hamımıza məlum olan sözlər bəzən xarici dildə deyilir və yazılır. Hər bir vətəndaş öz nitqinə nəzarət etməlidir. Bu sahədə ilk növbədə televiziyaların, burada çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Çünki insanlar daha çox televiziyalardan məlumat alır və bəzən burada olan yanlışlıqları da düzgün hesab edirlər, çünki televiziyada eşitdiklərini ədəbi fakt kimi qəbul edirlər. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması proqramın əsas vəzifələrindəndir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş bu Dövlət Proqramı çox qiymətli və mühüm sənəddir.

-Dövlət Proqramının icrası ilə bağlı Dilçilik İnstitutunda hansı işlər görülüb?

- İnstitutun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi tamamilə yerinə yetirilib. Belə ki, institutun strukturunda ciddi dəyişikliklər aparılıb, yeni şöbələr yaradılıb. Bu elm müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib. Azərbaycan dilinin inkişafı, bu istiqamətdə Azərbaycan dialektlərinin öyrənilməsi, müasir dərsliklərin hazırlanması, tərcümə prinsipləri, nitq mədəniyyəti məsələləri, orfoqrafiya və tərcümə lüğətlərinin tərtib olunması və digər işlərlə Dilçilik İnstitutu hər zaman məşğul olub. Ancaq dövlətimizin başçısının bu Sərəncamı ilə Dilçilik İnstitutunun üzərinə əlavə mühüm vəzifələr düşür. Hazırda Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafiya və orfoepiya lüğətlərinin yenidən hazırlanması üzərində işləyirik. Sərəncamın icrası ilə bağlı bu işlərə diqqət və məsuliyyətimiz daha da artıb.

- Monitorinq şöbəsinin fəaliyyəti nədən ibarətdir? “Qaynar xətt”in yaradılması istiqamətində görülən işlərlə bağlı nə deyərdiniz?

- Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dil normalarına əməl olunmasında icra qurumlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib. Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi zərurəti nəzərə alınaraq 2014-ci ilin yanvarında Dilçilik İnstitutunda monitorinq şöbəsi yaradılıb. Şöbədə bu günədək bir sıra işlər yerinə yetirilib. Proqramda göstərilən tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret sahə və problemlər üzrə işçi qruplar yaradılıb, küçə adları, afişa və reklamlarda, ticarət və ictimai iaşə obyektlərində, xidmət sahələrində Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib. Həmçinin, Bakının bəzi rayonları ərazisində küçə adları, afişa və reklamlarda dilin işlənməsinin vəziyyətini öyrənmək məqsədilə üç qrup yaradılıb, yerli icra qurumları ilə razılıq əsasında monitorinqlər aparılıb. Bu istiqamətdə, həmçinin kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi üçün tədbirlərin görülməsi ilə bağlı televiziya verilişlərinin dilinin monitorinqi aparılıb.

Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması istiqamətində mühüm işlər görülüb. Bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizə böyük kömək göstərib. İnstitutda bunun üçün ayrıca otaq ayrılıb və nazirlik tərəfindən müasir avadanlıqla təchiz olunub. “Qaynar xətt”in sentyabrda istifadəyə verilməsi nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir.

- Azərbaycan dilinin dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun öyrənilməsi istiqamətində institutda hansı addımlar atılır?

-“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamda dialektlərin öyrənilməsinə aktual məsələ kimi baxılması təsadüfi deyildir. Dialektlərin, dialektologiyanın inkişafı, öyrənilməsi təkcə elmi yox, həm də tarixi, siyasi-ictimai baxımdan zəruri məsələdir. Azərbaycan dilinin dialektlərinin öyrənilməsi və bölgələr üzrə atlasların hazırlanması bu gün strateji əhəmiyyət daşıyan problem kimi qarşıda durur. Bu baxımdan da Dilçilik İnstitutunun mütəxəssislərinin dialekt və şivələri yeni elmi müstəvidə, müasir metodlarla tədqiq etmələri həllinə ehtiyac duyulan ciddi addım kimi qəbul edilməlidir. Dialektlərin atlasının hazırlanması vacib vəzifələrimizdəndir. Artıq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hazırdır. Bu atlas çox mükəmməl tərtib olunub. Növbəti mərhələdə Qarabağın dialektoloji atlasının hazırlanması nəzərdə tutulub.

-Sonrakı mərhələdə institutda görüləcək işlər barədə məlumat verməyinizi xahiş edirik.

-Orta və ali məktəblərdə Azərbaycan dili dərsliklərinin keyfiyyətinin yüksəldilməsi çox mühüm məsələlərdəndir. Bu işi Təhsil Nazirliyi ilə birgə həyata keçirməyi planlaşdırırıq. Dövlət Proqramında da bu barədə ayrıca maddə vardır. Həmçinin, bu il ilk dəfə AMEA-da magistraturaya qəbulun həyata keçirilməsi ilə əlaqədar Dilçilik İnstitutuna qədim dillər üzrə təhsilin bu pilləsinə üç yer ayrılıb. Gələcəkdə sanskrit, qədim yunan və latın dilləri üzrə mütəxəssis hazırlamağı nəzərdə tutmuşuq. Bu, institutumuz üçün böyük əhəmiyyət kəsb edir. Çünki indiyədək Dilçilik İnstitutunda qədim dillər üzrə mütəxəssis yetişməyib. Bu sahədə mütəxəssislərin hazırlanması Dövlət Proqramında qeyd olunan qədim dillərin öyrənilməsi işinə də müsbət təsir göstərəcək.

Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, qədim dillərin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində də bir sıra işlər görülüb. Qədim dillər və mədəniyyətlər şöbəsi yaradılıb və burada layihələr hazırlanır. Şöbədə fəaliyyət göstərən mütəxəssislər qədim şərq və qərb dillərini öyrənməklə bərabər o dövrün mədəniyyətini də öyrənəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür