ELM VƏ TƏHSİL


Akademik Zərifə Əliyeva adına Liseydə layihələr sərgisi: “Dünyanı tanıyaq”

Bakı, 2 iyun, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Liseydə “Dünyanı tanıyaq” adlı layihələr sərgisi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Yaponiya, Almaniya və Misirlə bağlı millətlərarası dioloq naminə keçirilən tədbir müxtəlif dillərdə salamlama ilə başlanıb.

Liseyin direktoru Mehriban Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Dünyanı tanıyaq” layihəsinə ötən ilin oktyabrından başlanılıb. Liseyin IX sinif şagirdləri ayrı-ayrı ölkələr üzrə araşdırma aparıb, müxtəlif təqdimatlar ediblər.

Tədbirdə, həmçinin elmi və sosial layihələr sərgilənib.

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov tədbirin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun akademik Zərifə Əliyeva adına Liseyə hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Akademiyada elm və təhsilin inteqrasiyasından bəhs edən F.Qədirov bu istiqamətdə bir sıra mühüm işlər görüldüyünü və uğurlar əldə olunduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.