Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmologiyanın inkişafı istiqamətində mühüm addımlar atılır VİDEO

Bakı, 8 avqust, Günel Məlikova, AZƏRTAC

“Göz qəlbin aynasıdı”,-deyirlər. İnsanın gözünə baxanda onun xasiyyəti, əhvali-ruhiyyəsi, həyat tərzi haqqında çox şey demək olar. Həyati əhəmiyyətli vacib orqan olan göz dünyanı bizə, bizi dünyaya tanıdır, sevdirir. Görmə qabiliyyətinin pozulması və ya itirilməsi həyat fəaliyyətində yaranan problemlə yanaşı, həm də ətraf mühitdən təcrid olunmağa, onun gözəlliklərindən uzaq düşməyə səbəb olur. Görmə orqanı ilə bağlı hansısa narahatlıq yarananda isə biz ilk növbədə şəfalı əlləri ilə gözlərə nur paylayan həkim-oftalmoloqlara üz tuturuq. Onlar həyatımızda əvəzsiz rolu olan, göz müayinəsi, müalicəsi və profilaktikası ilə məşğul olan xeyirxah peşə sahibləridir.

Ölkəmizin ən böyük göz xəstəxanası akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vaxtilə ölkəmizdə geniş yayılmış traxomanın öyrənilməsi sahəsində çox böyük rol olub. Zərifə xanım Əliyeva kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında da böyük əməyi olub.

Akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətləri davam etdirən mərkəz hazırda dünya standartlarına cavab verən elm müəssisəsinə çevrilib. Mərkəz ən müasir tibbi avadanlıqları ilə təchiz olunub və burada ən mürəkkəb əməliyyatlar aparılır.

On ildən çoxdur ki, dünya standartlarına uyğun oftalmoloji müəssisəyə Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov rəhbərlik edir. Beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova Beynəlxalq Oftalmologiya Günü münasibətilə həmkarlarını təbrik edərək deyib: “8 avqust oftalmoloqlar üçün çox əhəmiyyətli bir gündür. Həkimlərimiz hər il müxtəlif ölkələrdə keçirilən oftalmologiya konqresləri, konfrans və simpoziumlarda fəal iştirak edir, dünya oftalmologiyasında baş verən bütün yeniliklərin ölkəmizdə də tətbiq edilməsinə çalışırıq.

Mərkəzin həkimləri hər gün pasiyentlərlə görüşür, onları müayinə və müalicəsi ilə məşğul olurlar. Ölkəmizdə oftalmoloji problemləri olan xəstələr hədsiz dərəcədə çoxdur. Xüsusilə uşaqlarda müasir cihazların təsirindən göz patologiyaları artır. Bundan başqa yaşlı nəsil arasında maddələr mübadiləsinin dəyişməsi nəticəsində yaranan katarakta və qlaukoma kimi xəstəliklər əmələ gəlir. Şəkərli diabetdən əziyyət çəkənlərdə göz dibi patologiyaları meydana çıxır. Gənc nəsil arasında isə daha çox müasir cihazlar, eləcə də kompüterlərdən istifadə nəticəsində yaranan görmə zəifliyi ilə əlaqədar xəstəliklər çoxalır. Həkimlərimiz onlara müraciət edən bütün xəstələrə ən yüksək səviyyədə xidmət göstərir, onlara diqqət və qayğı ilə yanaşır, müayinə və müalicələrinin düzgün aparılmasına çalışırlar”.

Mərkəzdə konsultativ poliklinika, qlaukoma, katarakta cərrahiyyəsi, buynuz qişanın cərrahiyyəsi və transplantasiyası, eksimer-lazer, gözün yoluxucu xəstəlikləri, tor qişanın və görmə sinirinin patologiyası, şəkərli diabetin göz fəsadları, gözün vitreoretinal cərrahiyyəsi, lazer cərrahiyyəsi, gözün zədəsi, okuloplastik və rekonstruktiv cərrahiyyə, onko-oftalmoloji, cərrahiyyə-əməliyyat bloku, şüa-diaqnostikası, gözün tibbi ekspertizası şöbələri fəaliyyət göstərir. Bundan əlavə ölkəmizdə yalnız akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən uşaqlarda gözün patologiyası şöbəsi də yaradılıb. Şöbədə uşaqların müayinəsi və müalicəsi üçün hər bir şərait yaradılıb.

Eksimer-lazer şöbəsində miopiya, hipermetropiya və astiqmatizm kimi refraktiv qüsurların, keratokonus xəstəliyinin diaqnostikası və müalicəsi ən müasir diaqnostik və cərrahi avadanlıqlarla aparılır.

Beynəlxalq standartlara cavab verən Amerika, Yaponiya, Almaniya istehsalı cərrahi avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsinin bütün şöbələrində xəstələrin, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin gözlərində yaranan problemlərin erkən və dəqiq diaqnostikası, lazer və cərrahi müalicəsi yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır. “Cərrahi əməliyyat bloku”nda isə yüksəkixtisaslı, təcrübəli oftalmoloji və anestezioloji mütəxəssis heyəti gözün istənilən patologiyasının cərrahi müalicəsini həyata keçirir.

Mərkəzə hər gün böyüklər və uşaqlar olmaqla müxtəlif patologiyalarla bağlı təxminən 500-ə yaxın xəstə müraciət edir. Həftə ərzində 150-dən çox xəstə üzərində əməliyyatlar aparılır. Cərrahi müdaxilələrin əksəriyyətini katarakta diaqnozu təşkil edir. Mərkəzin Gəncə və Masallı filiallarında da yüksəkixtisaslı həkim-oftalmoloqlar fəaliyyət göstərir, müxtəlif cərrahi müdaxilələr edilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən, müasir diaqnostik və cərrahi avadanlıqla tam təchiz edilmiş Səyyar Klinika hər ay ölkəmizin bir bölgəsinə ezam edilərək rayonda əhali arasında baxış keçirir, lazımi cərrahi əməliyyatlar icra edir. İki hissədən ibarət Səyyar Klinikada müayinə, diaqnostika bölümü və cərrahi blok fəaliyyət göstərir. Bir ezamiyyət müddətində təxminən 300-400 xəstəyə baxış keçirilir, 20-30 cərrahi müdaxilə edilir. Bundan əlavə Səyyar Klinika paytaxtın rayonlarına, eləcə də uşaq evləri və qaçqınlar düşərgəsinə səfər edərək sakinlərə oftalmoloji xidmət göstərir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müasir tələblərə cavab verən tibb müəssisəsi olmaqla yanaşı həm də yüksəkixtisaslı gənc oftalmoloqların hazırlanması və oftalmologiya elminin inkişaf etdirilməsi sahəsində uğurla fəaliyyət göstərən elm və şəfa ocağı kimi də uğurlu addımlar atır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmologiyanın inkişafı istiqamətində mühüm addımlar atılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq