Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası istifadəyə verilib

Kəngərli, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual potensialıdır”.

Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı əsas vəzifədir. İntellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilib, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilib, mövcud məktəb binaları yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 594 şagird yerlik 4 mərtəbəli məktəbdə akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet vardır.

Məktəbin foyesində akademik Zərifə xanım Əliyevanın büstü qoyulub. Görkəmli akademikin xatirə muzeyi binanın birinci mərtəbəsində yerləşir. Burada Şahtaxtı kəndinin yetirməsi olan alimin həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablar qoyulub.

2016-2017-ci tədris ilində Şahtaxtı kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunub. Məktəbəhazırlıq qrupuna isə 42 uşaq cəlb olunub.

Məktəbdə 38 kompüter quraşdırılıb və internetə qoşulub. Kitabxanada 8 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsinə verilib. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, fizika laboratoriyası isə həm də elektron lövhə ilə təmin edilib.

Ali Məclisin Sədri məktəbdə kitabxanalara və şagirdlərin dəqiq elmlərə marağının artırılması, fənn olimpiadalarının keçirilməsi, Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbulun sayının artırılması barədə tapşırıqlar verib.

Elektron lövhəli sinifdə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə əlaqə yaradılıb, muxtar respublikanın 212 ümumtəhsil məktəbi ilə birlikdə distant dərs keçirilib.

Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Ölkənin inkişafını təhsil olmadan təsəvvür etmək mümkün deyil. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Ölkəmizdə Ulu Öndərin tövsiyələrinə əməl olunaraq müasir məktəb binaları tikilir. Bu gün istifadəyə verilən Şahtaxtı kənd tam orta məktəbinin binası da təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Bu gün orta məktəblərdə təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın ali, orta ixtisas və peşə məktəbləri ilə yanaşı, eyni zamanda xarici ölkələrdə də təhsil almaq imkanında olmalıdır. Bunun üçün şagirdlər, ilk növbədə xarici dil bilməli və dəqiq elmləri yaxşı öyrənməlidirlər. Ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müasir tədris imkanları olan məktəb binaları istifadəyə verilir, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları artırılır, öz fəaliyyəti ilə fərqlənən müəllimlərin əməyi qiymətləndirilir. Şahtaxtı kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılmış, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 müəllim isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri deyib: Ötən tədris ilində məktəbin məzunlarından 7-si ali məktəblərə, doqquzuncu sinif bazasından isə 4 şagird orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplamışdır.

Ali Məclisin Sədri deyib: Şahtaxtı kənd tam orta məktəbi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Məktəb muxtar respublikanın xüsusi təhsil müəssisələrindəndir. Ona görə də məktəbdə bundan sonra da tədris günün tələbləri səviyyəsində qurulmalı, nizam-intizama ciddi əməl olunmalı, nailiyyətlər daha da artırılmalıdır. Məktəbdə şagirdləri həkim peşəsinə yönləndirməli, onların gələcəkdə tibb təhsili almasına xüsusi diqqət yetirilməlidir. Məktəb binasında dəqiq elmlərin tədrisi üçün yaradılan şərait, kimya, biologiya və fizika laboratoriyalarının istifadəyə verilməsi, ixtisaslı müəllimlərin olması bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır.

Gənc müəllim Nilufər Rzayeva kollektiv adından minnətdarlıq edərək deyib: Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində yaradılan şərait müəllim kollektivini, xüsusilə gənc müəllimləri daha səylə çalışmağa ruhlandırır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, məktəbimizdə ölkəmiz üçün savadlı, vətənpərvər, ən əsası isə gələcəyin həkimi olan gənclər yetişdirək.

Məktəbdəki şahmat otaqları, müasir idman zalı və hərbi kabinə şagirdlərin əqli və fiziki cəhətdən inkişafında, hərbi vətənpərvərlik tərbiyələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO