CƏMİYYƏT
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi konfrans keçiriləcək
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Oftalmologiyanin aktual məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə göz xəstəliklərinin ilkin mərhələdə aşkarlanması və müalicə üsulları müzakirə olunacaq.
Xarici qonaqların da iştirak edəcəyi tədbirdə “VI sinir paralici zamanı kombinə damar qorumalı resessiyanın effektivliyi”, “Qohum nikahları və mümkün göz patologiyaları”, “Naxçivan şəhərinin əhalisi arasında şəkərli diabet zamanı diabetik retinopatiyanin rast gəlməsi” kimi bir sıra mövzularda mühazirələrin dinləniləcəyi gözlənilir.