DÜNYA


“Akbank” Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı elan edilib

A+ A

Bakı, 21 iyul, Ramiz Quliyev, AZƏRTAC

“Euromoney” nəşri Türkiyənin “Akbank”ını Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, “Akbank” “Euromoney” nəşrinin bu mükafatına ilk dəfə layiq görülüb. Jurnalın yazdığına görə, Türkiyənin bank sektoru formalaşmaqda olan bazar aləmində ən öndə gedən və mükəmməllərdən biri olaraq qalır. Onun inkişaf templərinə keçən il Avropanın inkişaf etməkdə olan ölkələrindən heç biri çatmayıb.

Jurnal “UniCredit”i isə 2016-cı il üzrə ən yaxşı regional maliyyə müəssisəsi elan edib.

Qeyd olunub ki, bu ilin ilk beş ayında səhmlərinin qiyməti 19 faiz artmış “Akbank” 2012-ci ilin mart ayından ilk dəfə Türkiyənin ən böyük kreditoruna çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.