REGİONLAR


Akihiro İkeda: XIII Dünya Skaut Gənclər Forumu biz gənclərin inkişafında böyük rol oynayacaq

Qəbələ, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ şəhərində keçirilən XIII Dünya Skaut Gənclər Forumu biz gənclərin inkişafında böyük rol oynayacaq. Biz burada gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparırıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə təşkil edilən XIII Dünya Skaut Gənclər Forumunun yaponiyalı iştirakçısı Akihiro İkeda bildirib.

O, Qəbələ forumunda müxtəlif mədəniyyətlərə, adət-ənənələrə sahib olan gənclərin bir yerə toplaşaraq ünsiyyət qurmasına şərait yaradılmasını müsbət qiymətləndirib və tədbirin təşkilatçılarına minnətdarlıq edib. Vurğulayıb ki, skaut hərəkatı gənclərin fiziki, zehni, mənəvi və sosial inkişafına dəstək olan könüllü hərəkatdır.

“Bizim hərəkata əsasən, 6-25 yaşlı uşaq, yeniyetmə və gənclər qoşulur. Skaut qruplarına yaşca böyük, təcrübəli skaut liderləri başçılıq edir. Tez-tez müxtəlif ölkələrdə skaut təşkilatları tərəfindən keçirilən düşərgələrə toplaşır, çadırlarda qalır, açıq havada keçirilən kempinq, dağçılıq, yürüş, atçılıq və başqa idman növləri üzrə yarışlarda, intellektual oyunlarda iştirak edir, ekstremal hallardan çıxış üsulları, ilk tibbi yardım qaydalarını öyrənirik. “Hazır ol!” skautların ümumi şüarıdır. Biz belə forum və düşərgələrdə yeni bacarıqlara sahib olmaqla yanaşı, ünsiyyət qurur, dünyanın müxtəlif yerlərindən yeni dostlar qazanır, təcrübə əldə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.