İQTİSADİYYAT


Akim Bədəlov: 2020-ci ilədək Azərbaycanın enerji balansında ABOEM-in payı 20 faizə çatdırılacaq

A+ A

Bakı, 18 oktyabr, Nihad Budaqov, AZƏRTAC

2020-ci ilədək Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən (ABOEM) istifadənin payının 20 faizə çatdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 18-də Bakıda işinə başlayan “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu ilə bağlı keçirilən mətbuat konfransında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib. O bildirib ki, hazırda ölkənin enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payı 16 faizə yaxındır. Bu, dünya ölkələri arasında pis göstərici deyil.

Akim Bədəlov qeyd edib ki, ötən il ölkədə alternativ mənbələr hesabına 2 milyard kilovat-saata yaxın enerji alınıb. Burada külək, günəş və su elektrik stansiyalarından, habelə biokütlədən alınan enerji əsas yer tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.