Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Bakı, 31 may, AZƏRTAC

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr olunmuş beynəlxalq seminarda iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasında Krasnodar-Rostov marşrutu üzrə CİMMYT, İCARDA, FAO və P.P.Lukyanenko adına Krasnodar KTET İnstitutu və “Don” Aqrar Elmi Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda Azərbaycanı Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Qobustan Bitki Təcrübə Stansiyası və AMEA-nın Bitki Genetik Ehtiyatları İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Ümumiyyətlə, beynəlxalq tədbirə 17 ölkənin 62 seleksiyaçı alimi və mütəxəssisi qatılıb.

Nümayəndə heyəti səfər zamanı Ümumrusiya Elmi-Tədqiqat Yağlı Bitkilər, P.P.Lukyanenko adına Krasnodar KTET və İ.Q.Kalinenko adına Ümumrusiya Elmi-Tədqiqat Dənli Bitkilər institutlarının seleksiya işləri, toxumçuluq təsərrüfatları və fermerlərin taxıl sahələri ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparılıb.

Tədbirin gedişində Krasnodar və Rostov regionlarında fəaliyyət göstərən sözügedən elmi-tədqiqat müəssisələrində Rusiyada seleksiyanın tarixi, nailiyyətləri və perspektivləri, payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqramın əhəmiyyəti, Türkiyədə buğdanın seleksiyası və istehsalı, FAO-nun Mərkəzi Asiya və Rusiya regionlarında fəaliyyəti, iqlim dəyişmələri ilə əlaqədar payızlıq buğdanın seleksiyasının əsas istiqamətləri və yekunları, marker seleksiyasının əsas istiqamətləri, seleksiya işi və dünyada buğda istehsalının əsas tendensiyalarına dair təqdimatlar olub.

Seminarın axırıncı günü Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “İWWİP proqramı çərçivəsində Azərbaycanda aparılan seleksiya işlərinin yekunları”na həsr edilmiş təqdimatla çıxış edib. O, çıxışında Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar, son beş ildə payızlıq buğdanın təsərrüfat göstəriciləri, mövcud problemlər, aparılan seleksiya işlərinin məqsədi və prioritetləri, beynəlxalq seleksiya mərkəzləri ilə birgə yaradılmış, rayonlaşmış və seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil olan yumşaq buğda sortları və əldə edilmiş nəticələr ətraflı danışıb.

Nümayəndə heyəti səfər müddətində Krasnodar diyarında taxıl toxumçuluğu ilə məşğul olan Timaşeyevsk, Korenovsk və Pavlovsk rayonlarında fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarında, Krasnodar ETKT İnstitutuna məxsus buğda və arpa sortları ilə qoyulmuş nümayiş əkinləri və toxumçuluq fəaliyyəti ilə yaxından tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Səfər müddətində əməkdaşlıq edilən tərəflərlə birgə alınmış elmi nəticələrə dair fikir mübadiləsi aparılıb, seleksiyanın çağırışları və mövcud problemləri müzakirə edilib, gələcək üçün əməkdaşlığın istiqamətləri işlənib hazırlanıb. Həmçinin sözügedən institutlarla genetik materialların mübadiləsi, buğda, arpa və soya sortlarının sınağı və kadr hazırlığı sahələrində birgə əməkdaşlıq haqqında müqavilələrin bağlanılması qərarı alınıb.

Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutu 1996-cı ildən etibarən “Payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqram” (İWWİP) çərçivəsində buğda seleksiyası sahəsində genetik materialların introduksiyası və mübadiləsini həyata keçirir. Bu illər ərzində həmin proqram çərçivəsində 8500-dən çox payızlıq və fakultativ yumşaq buğda nümunələri introduksiya edilib, sınaqdan keçirilib və seleksiya işlərinə cəlb olunub. Artıq müştərək sortlar (“Tale 38”, “Qızıl buğda”, “Ləyaqətli 80”) yaradılıb, rayonlaşdırılıb və seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub