CƏMİYYƏT


Əkizlər hamiləliyin 37-ci həftəsində doğulmalıdır

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Əkizlərin və ya üçəmlərin ölü doğulma riski böyükdür və bu səbəbdən bir neçə körpə dünyaya gətirəcək analara tez-tez deyirlər ki, ölüm təhlükəsini azaltmaq üçün doğuş tez olmalıdır. Lakin əkizləri yaxud üçəmləri neçənci həftədə dünyaya gətirmə məsələsi son vaxtlara qədər tibb işçiləri tərəfindən müəyyən edilməyib.

Böyük Britaniyanın Kral Mama və Ginekoloqlar Kollecinin ekspertləri bildirirlər ki, körpə ölümü təhlükəsini azaltmaq üçün əkizlər hamiləliyin 37-ci həftəsində doğulmalıdır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, alimlər əkizlərin doğulması üçün ən yaxşı vaxtı müəyyən etmək məqsədilə 35000 çoxdöllü hamiləlik halını müşahidə ediblər. Məlum olub ki, dixorial hamiləlikdə - əkizlərin hər birində cift olanda – körpələr 37-ci həftədə dünyaya gətirilməlidir, çünki doğuşun bircə həftə gecikdirilməsi 1000 nəfərdən 8-9-nun ölümünə gətirib çıxara bilər. Monoxorional hamiləlikdə - əkizlərdə bir cift olanda – körpələr 36-cı həftədə doğulmalıdır.

Çoxdöllü hamiləlikdə ölü doğuş təhlükəsi adi hamiləliklə müqayisədə xeyli çoxdur. Tibb işçiləri bildirirlər ki, əldə edilən məlumatlar çoxlu sayda körpənin həyatını xilas edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.