REGİONLAR
“Akkord Tekstil” Avropa bazarlarına “Made in Azerbaijan” brendi ilə köynək çıxaracaq
Ağstafa, 26 aprel, Famil Quliyev, AZƏRTAC
“Akkord Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən iri müəssisələrdən biridir. Müəssisə xarici ölkələrlə əlaqələrini ilbəil genişləndirir. Belə ki, İtaliyanın “Elle-Elle” şirkəti ilə əməkdaşlıq edən “Akkord Tekstil” məhsullarını artıq “Made in Azerbaijan” brendi ilə Avropa bazarlarına da çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu günlərdə “Akkord Tekstil” fabriki ilə İtaliyanın “Elle-Elle” şirkəti arasında 50 min ədəd köynəyin ixracına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və digər məşhur ticarət markaları ilə yerli və xarici bazarlarda satılacaq.