DÜNYA


Akkumulyatorla işləyən qurğuları 15 dəqiqəyə enerji ilə doldurmaq mümkün olacaq

A+ A

Bakı, 13 iyul, AZƏRTAC 

Noutbuk, smartfon və ya akkumulyatorla işləyən digər istənilən qurğunu yaxın gələcəkdə 15 dəqiqəyə enerji ilə doldurmaq mümkün olacaq. Belə ki, Çinin "Dongxu Optoelectronics" şirkətinin təqdim etdiyi dünyanın ilk qrafen akkumulyatoru elektron qurğuların yeni dövrünün başlanğıcı ola bilər.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, tutumu 4800 milliamper/saat təşkil edən qrafen akkumulyator "G-King" adlanır və batareyanı 13-15 dəqiqəyə enerji ilə doldurmaq olar. Batareya ümumilikdə 3 min 500 dəfə enerji ilə doldurula və boşaldıla bilər. Bu, orta litium-ion batareyanın istismar müddətini təxminən 7 dəfə üstələyir.

Yeni akkumulyatorun bütün bu özəllikləri qrafenin xüsusiyyətləri ilə əlaqədardır. Bu material böyük texnoloji potensiala malikdir. Qurğularda batareyaların effektivliyini artırmaqla yanaşı, material hazırda müxtəlif versiyaları hazırlanan elastik ekranlı qurğuların yaradılması üçün yararlı ola bilər. Qrafendən istifadə ürəkdöyünmə cihazlarının və barmaq izləri skanerlərinin funksionallığını da yaxşılaşdıracaq.

Qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.