İDMAN


Akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatının qalibləri müəyyənləşib VİDEO

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatına, həmçinin batut gimnastikası və tamblinq üzrə 14-cü Azərbaycan birinciliyi və paytaxt çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə qadın cütlükləri (2000-2007-ci il təvəllüdlü uşaqlar), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr - 1998-2006-cı il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda qüvvələrini sınayıblar.

Əllidən çox idmançının iştirak etdiyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” və “Neftçi” idman klubları, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadın cütlüklərin mübarizəsində Nurcan Quluzadə və Mehriban Salamova qızıl medal qazanıblar. Balacaların qarışıq cütlüklər üzrə yarışında Rauf Cabbarov və Leyla Mustafayeva fərqləniblər.

Qadın qrupları üzrə yeniyetmələrin mübarizəsində Emilya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova bütün rəqiblərini qabaqlayıblar. Uşaqların yarışında Aylan Babaşova, Aida Babaşova və Nərmin Mirzəyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balaca gimnastların mübarizəsində isə Aytac Ramazanova, Şəms Əmənova və Maya Hüseynova birinci olublar.

Kişilər arasında böyüklərin mübarizəsində Murad Əkbərov və Seymur Cəfərov qızıl medal qazanıblar.

Mükafatçılar medal və xatirə hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.