CƏMİYYƏT


Aksiya çərçivəsində otuza yaxın autizmli uşaq müayinə olunub

Bakı, 25 may, AZƏRTAC 

1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) xeyriyyə aksiyası keçirilib.

RMDM-dən AZƏRTAC-a bildiriblər ki, “Bakı Autizm İdman və Yaşam Klubu”na daxil olan 30-a yaxın uşağın mərkəzin pediatr-neonatoloqları Təzibə Mirzəliyeva və Arzu Həsənova, həkim-terapevt, kardioloq Dina Zotova tərəfindən müayinəsi aparılıb, tövsiyələr diqqətə çatdırılıb.

Aksiyanın keçirilməsində əsas məqsəd sağlam gələcəyin təminatına töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.