CƏMİYYƏT
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar edilib
Bakı, 29 mart, AZƏRTAC
Aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.
Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili saxlanılıb.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 min ədəd “Manchester” adlı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.