CƏMİYYƏT


Aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

Bakı, 11 may, AZƏRTAC

Gəncə Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Gəncə şəhər sakini Vəliyev Fidayıl Fəxrəddin oğlunun idarə etdiyi “SKODA Octavia” markalı, 99XU122 dövlət nömrə nişanlı avtomobil Gəncə şəhərinin Nizami rayonu ərazisində saxlanılıb.

Gəncə Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 88 min ədəd – “Continent”, “King New”, “King Freshpak”, “Cavallo”, “Milano”, “Milano Nano Edition” və “Manchester” adlı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.